Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə paytaxtın Nərimanov rayonu 57 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə ”Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, ”112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” adlı videoçarxlar nümayiş edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda tədbirdə yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşmanın vacibliyi, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi diqqətə çatdırılıb.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

24 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq tədarükü məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib. ...

Ardını oxu