Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Ağdam rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib. Görüş müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil edilib.  

Toplantıda “Zəlzələ”, “Dəm qazı”, “Təxliyə”, “Elektrik və qaz qızdırıcılarından istifadə qaydaları” və “112” qaynar xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub. Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndici çap materialları paylanıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

17 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mİngəçevir şəhər Tibb Kollecində, Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidməti Sahəsində...

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

14 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara Pedaqoji Kollecində, Aran Regional Mərkəzi Naftalan şəhər İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbində...

Ardını oxu