Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Ağdam rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib. Görüş müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil edilib.  

Toplantıda “Zəlzələ”, “Dəm qazı”, “Təxliyə”, “Elektrik və qaz qızdırıcılarından istifadə qaydaları” və “112” qaynar xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub. Sonda kollektivi maraqlandıran suallar cavablandırılıb, maarifləndici çap materialları paylanıb.

Digər məlumatlar

Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

28 fevral 2020-ci il tarixində Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Asan Xidmət kompleksində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağstafa ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində mərkəzləri 1 mart...

Ardını oxu