Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli Uşaq bağçasında, Sabirabad rayon Su Suvarma Sistemleri İdarəsində, Salyan rayon Yenikənd  kənd  Həkim məntəqəsi​ndə, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Oğuz rayon Bucaq kənd tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Ərus kənd ümumi orta məktəbində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Mingəçevir şəhərində yerləşən Ağdam 52 nömrəli tam orta məktəbində, 49 saylı Yevlax Seçki Dairəsinin 6 və 4 saylı seçki məntəqələrində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi diqqətə çatdırılıb. Tədbirlərdə, eyni zamanda pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyinin, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşmanın vacibliyi də qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

20 fevral 2020-ci il tarixində FHN-in Bakı Regional Mərkəzi Səbail rayonu 50 nömrəli tam orta məktəbin şagird və müəllim heyətinə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbir keçirib. ...

Ardını oxu

FHN, DİN və Səhiyyə Nazirliyinin qurumları birgə təlim keçirib

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar 20 fevral 2020-ci il tarixində Bakı-Astara magistral avtomobil yolunun 140-cı kilometrliyində Baş Dövlət Yol Polisi idarəsinin Yol patrul xidməti alayının 11-ci tağımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

20 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 32 nömrəli tam orta məktəbində......

Ardını oxu