Geri

FHN-in Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

21-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyası üzrə növbəti mülki müdafiə kursları keçirilib. “2020-ci il üçün Mülki müdafiə kurslarının komplektləşdirmə planı”na əsasən təşkil olunan kurslarda sözügedən regionda yerləşən rayonların inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin məsul şəxsləri iştirak ediblər.

Kurslarda əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi mövzularında məşğələlər keçirilib. Tədbirlərdə mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib, dinləyicilər xüsusi xilasetmə avadanlaqları ilə yaxından tanış olublar.

Sonda kursları uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 21 fevral 2020-ci il tarixində Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər rayon Xoruzlu kəndində yerləşən “Vəkiloğlu” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Aran ...

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu