Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Səbail rayonu, akademik Zərifə Əliyeva küçəsi 32 ünvanda yerləşən "Yeni Dinamo" mehmanxanasının əməkdaşları üçün təxliyə təlimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirilib.

“Yeni Dinamo” mehmanxanasında keçirilmiş təlimdə təhlükə siqnalını eşidən mehmanxana əməkdaşları yanğın çıxışları vasitəsilə binanı qısa zaman ərzində tərk ediblər. Təxliyə uğurla tamamlanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən tədbirdə isə Fövqəladə Hallar Nazirliyinin, onun struktur vahidi olan DYNX-nin fəaliyyəti barədə geniş məlumat verilib, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti izah edilib, yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib. Toplantıda suallar cavablandırılıb, ilkin odsöndürmə vasitələrinin istismarı və tətbiqi qaydalarından danışılıb, Xidmət tərəfindən hazırlanmış  “Vətəndaşların nəzərinə”,   “Yanğın zamanı davranış qaydaları” mövzusunda yaddaş vərəqələri  və “ İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası tədbir iştirakçılarına  paylanıb.

Digər məlumatlar

Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

28 fevral 2020-ci il tarixində Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Asan Xidmət kompleksində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağstafa ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində mərkəzləri 1 mart...

Ardını oxu