Geri

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

23 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Bakı şəhəri Nəsimi rayon Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi Masallı rayon Rüdəkənar kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları ilə yanaşı, müvafiq təhsil şöbələrinin məsul əməkdaşları da iştirak ediblər.

Toplantılarda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə, çimərliklərdə təhlükəsizlik qaydalarına dair məruzələr edilib, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilib, mövzulara aid fotoslaydlar nümayiş olunub.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına videoçarx nümayiş olunub, maarifləndirici yaddaş kitabçaları paylanıb.

Digər məlumatlar

Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib

28 fevral 2020-ci il tarixində Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

28 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Asan Xidmət kompleksində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağstafa ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində mərkəzləri 1 mart...

Ardını oxu