Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 yanvar 2020-сi il tarixində Bərdə rayon Türklər kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Görüşdə Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri, Bərdə rayon Təhsil Şöbəsinin nümayəndəsi iştirak edib.

Maarifləndirmə tədbirinin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi olub.

Tədbirdə “Zəlzələ”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə qaydaları” və “112” qaynar xətti”nə müraciət qaydaları” mövzularında məlumatlar verilib, videoçarxlar nümayiş etdirilib. Sonda müəssisə kollektivini maraqlandıran suallar cavablandırılıb, maarifləndici çap materialları paylanıb.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

24 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq tədarükü məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib. ...

Ardını oxu