Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində, Salyan rayon Kolanı kənd ümumi orta məktəbində, Neftçala şəhər 1 nömrəli Uşaq bağçasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Hacıqayıb kənd tam orta məktəbində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi İsmayıllı şəhər Sumağallı kənd tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Atabank” ASC-nin Göyçay filialında, Mingəçevir şəhər Tarix müzeyində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər Çıraq kafesində, Peşə Liseyində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi diqqətə çatdırılıb. Tədbrilərdə pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşmanın vacibliyi də qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. Toplantıların sonunda yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu