Geri

Türkiyədə keçirilən təlimdə iştirak edən FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar verilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə 12-18 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçirilən təlimi başa çatıb.

Təlimin yekunu ilə əlaqədar iştirakçılara AFAD tərəfindən sertifikatlar təqdim olunub. Bununla bağlı təşkil olunan mərasimdə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin rəhbəri doktor Mehmet Güllüoğlu, qurumun Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan, AFAD-ın digər rəsmi şəxsləri və FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri iştirak ediblər.

Mərasimdə, əvvəlcə, çıxış edən FHN-in nümayəndə heyətinin rəhbəri Ələsgər Əliyev təlimin keçirilməsində verdiyi dəstəyə və yaradılan şəraitə görə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinə təşəkkürünü bildirib.

Sonra çıxış edən AFAD-ın rəhbəri doktor Mehmet Güllüoğlu Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinə fəaliyyətində uğurlar arzulayıb. M.Güllüoğlu Ankarada keçirilmiş təlimin Türkiyə Respublikasının mentorluğu ilə humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi istiqamətindəki hazırlıqlara öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən AFAD-ın Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin təlim zamanı qazandıqları təcrübənin əhəmiyyətindən söz açıb.

Daha sonra təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu