Geri

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə çıxış edən “İzotop” xüsusi kombinatının direktoru Fikrət Aslanov, mərkəz rəisi Cahangir Qulamov və digər natiqlər xalqımızın başına gətirilən bu qanlı faciə haqqında fikirlərini bildirərək, 20 yanvarda baş verənlərin ölkəmizin azadlıq tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını vurğulayıblar.  

20 Yanvar Faciəsi haqqında iştirakçılara geniş məlumat verən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışında bu faciəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini qeyd edərək, 20 yanvar hadisələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə təsirli tədbirlər görüldüyünü bildirib.

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin akt zalında anım tədbir keçirilib.

Əvvəlcə, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra tədbiri ilk olaraq giriş sözü ilə FHN Sumqayıt regional Mərkəzinin rəisi polkovnik Adil Hacıyev açaraq 1990-cı il 20 Yanvar hadisələrinə tarixi nəzər salıb.

Daha sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 20 Yanvar Faciəsi haqqında geniş məlumat verib və qədirbilən Azərbaycan xalqının öz azadlıq və istiqlal qəhrəmanlarının xatirəsini hər zaman əziz tutacağını vurğulayıb.

Digər məlumatlar

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon ərazisində......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu