Geri

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.

Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə çoxlu sayda günahsız mülki şəxs amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, həmin tarix Ümumxalq Hüzn Günü elan edilib.

Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və faciə qurbanlarının ailələrinin ali dövlət qayğısı ilə əhatə olunması istiqamətində mühüm işlər görür.

Toplantıların sonunda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş olunub.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

24 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq tədarükü məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib. ...

Ardını oxu