Geri

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, Sel və daşqınlar zamanı davranış qaydaları”, “Od söndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib.

Sonda maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları paylanılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənclərin mülki müdafiə üzrə maarifləndirilməsi məqsədilə Gəncə şəhər Gənclər ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

24 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon “MKT İstehsalat Kommersiya” MMC-nin pambıq tədarükü məntəqəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

24 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri kecirilib. ...

Ardını oxu