Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

17 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Telekommunikasiya şöbəsində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən rayon Yenikənd kənd tam orta məktəbində,  Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qax rayon İngiloy kənd 19 nömrəli Uşaq bağçasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Əmirli kəndi tam orta məktəbində, Ağdam rayon Gülbaharlı kənd ümumi orta məktəbi​ndə, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər 3 nömrəli Mənzil İstismar Sahəsində, Daxili Qoşunların “N”  nömrəli Hərbi Hissəsində, Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Xocahan kənd tam orta məktəbində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon ərazisində......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu