Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 13-17 yanvar tarixlərində “Rəhrbər heyət və mütəxəsislərin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında, “İnzibati ərazi dairəsi üzrə nümayəndələr ” kateqoriyası üzrə Mərkəzin dislokasiya ərazisini əhatə edən rayonların İnzibati ərazi dairəsi üzrə nümayəndələrlə mülki müdafiə kursları keçirilib.

Kurslarda, baş vermiş və ya  baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu