Geri

FHN-in Qarabağ Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, 13-17 yanvar tarixlərində "İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsindəki rol və vəzifələri, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi mövzuları üzrə məşğələlər keçirilib. Kurslarda mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib, dinləyicilər xüsusi xilasetmə avadanlaqları ilə yaxından tanış olublar.

Sonda kursu uğurla başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Digər məlumatlar

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon ərazisində......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu