Geri

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyə Respublikasında keçirilən təlimdə uğurla iştirak edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə 12-18 yanvar 2020-ci il tarixlərində Ankara şəhərində keçirilən təlimdə uğurla iştirak edir.

Təlimin əsas məqsədi Türkiyə Respublikasının mentorluğu ilə beynəlxalq humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Nəzəri və praktiki olmaqla 2 mərhələdə keçirilən təlimdən əvvəl nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra təlimin nəzəri hissəsinə start verilib. AFAD-ın  Ankara şəhərində yerləşən Təlim-tədris Mərkəzində reallaşdırılan təlimin birinci – nəzəri mərhələsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti ilə yanaşı Türkiyə Respublikasından olan ekspertlər qrupu da iştirak edib. Nəzəri hissədə beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənilib, bu sahədə fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb. 

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim-tədris Mərkəzinin poliqonunda 36 saat ərzində fasiləsiz olaraq davam edən bu mərhələdə əsas fəaliyyət təbii fəlakət nəticəsində zərər görmüş tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi üzrə prosedurların tətbiqindən ibarət olub.

Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyə Respublikasının ekspertləri tərəfindən yaxından izlənilib.

Təlimə yanvar ayının 18-də yekun vurulacaq.

Digər məlumatlar

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon ərazisində......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu