Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 9 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Altus” otelində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara şəhər 3 saylı Körpələr evi-uşaq bağcasında, Lerik şəhərində yerləşən Ərazi Maliyyə Hesablaşma Mərkəzində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon 14 saylı Körpələr evində, “Azərpoçt” MMC-nin Qusar filialında, Qusar şəhər 3 saylı tam orta məktəbdə, Şabran rayon Taxtalar kənd ərazisində meşə zolağında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz Gənclər Evində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Qarağac kənd tam orta məktəbdə, Biləsuvar rayonu ərazisində yerləşən Yanacaq Doldurma Məntəqəsində, Şirvan şəhər 9 saylı tam orta məktəbdə, “Aqrolizinq” ASC-nin Hacıqabul nümayəndəliyində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax Dəmir yol stansiyası ərazisində yerləşən 9 saylı İşarəvermə və rabitə sahəsində, Göyçay rayon Çayarxı kənd ümumi orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Alıbəyli-2 qəsəbəsində və Cəbrayıl rayon məcburi köçkünlər üçün salınmış 6 saylı qəsəbədə yerləşən Tibb məntəqələrində, Beyləqan şəhər 6 saylı Körpələr evi-uşaq bağçasında, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Oğuz şəhər 3 saylı tam orta məktəbdə, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 139 saylı tam orta məktəbdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin, adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 16 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Diamont Hotel Baku” otelində......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi kurslar keçirib

FHN-in Qarabağ Regional Mərkəzi 1-15 sentyabr 2019-cu il tarixlərində Mərkəzin xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə kurslar keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

13 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib....

Ardını oxu