Geri

Maarifləndirmə tədbirləri keçirilir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 6 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Qafqaz Baku City Residont” otelində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayonu Qaradağ-Buduğ kənd Mədəniyyət evində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 18 saylı tam orta məktəbdə, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy şəhər 2 saylı tam orta məktəbdə, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 1, 4, 10 saylı, Cəbrayıl rayon 4 saylı tam orta məktəblərində və Sumqayıt şəhər Gimnaziyasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Horadiz şəhərində yerləşən “Azərxalça” ASC-nin Füzuli flialında, Bərdə şəhərində yerləşən “Ömürdən Pay” klinikası və Bərdə şəhər Birləşmiş uşaq xəstəxanasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon Xaldan kənd kompleks uşaq bağçası və Göyçay rayon Bığır kənd Xəstəxanasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 114 saylı tam orta məktəbdə, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki rayon Qoxmuq kənd tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayonu, Əhmədabad kəndində sakinlərlə, Biləsuvar rayon Əskərabad kəndində yerləşən Pambıq tədarükü məntəqəsində, Biləsuvar şəhər 1 saylı Uşaq bağcası və İmişli rayon Gigiyena Epidemiologiya Şöbəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu