Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 5 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Boulevard” otelində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon Bəydilli kənd İcra nümayəndəliyində, “Azər Pambıq ASK” ASC-nin Şirvan pambıq emalı zavodunda və İmişli şəhər 4 saylı tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün salınmış 4 saylı qəsəbədə yerləşən 4 saylı tibb məntəqəsində, Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyində və Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayon Tuğ kənd xəstəxanasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Borsunlu kənd Tibb məntəqəsində, Yevlax və Zərdab rayonlarında yerləşən “MKT-İK” MMC-nin Pambıq qəbulu məntəqələrində, Göyçay şəhər 5 saylı tam orta məktəbində, Göyçay rayon Mərkəzi Xəstəxanasında, Tərtər rayon Qapanlı kəndində, Mingəçevir şəhər 12 saylı Uşaq bağcasında, Sabirabad regional Meşə Təsərrüfatı mərkəzinin Kürdəmir rayonu Sığırlı meşəbəyliyində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qax şəhər 3 saylı Uşaq bağcasında, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 2, 7, 14, 22 və 39 saylı tam orta məktəblərdə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhəri ərazisində yerləşən yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu