Geri

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün kurs keçirilib

04-05 sentyabr 2019-cu il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, Beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda kurs keçirilib.

Kursun əsas məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.

Kursun gedişində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ekspertlərinin Beynəlxalq Humanitar Əməliyyatlarda iştiraka dair Beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatları dinlənilib. Həmçinin beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin  fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı media nümayəndələri ilə qarşılıqlı əlaqənin təşkilinə dair məsələlər müzakirə edilib, mediaya müsahibələrin verilməsi prosesi məşq etdirilib.

Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkilib.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu