Geri

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 30 sentyabr  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Eqaist” və “Nord-West” otellərində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı rayonu “Azpetrol” LTD-yə məxsus Yanacaq doldurma məntəqəsində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar rayon Sanitariya-Epidemioloji Stansiyasında, Göyçay şəhəri  S.Vurğun adına  İnteqrasiya təlimli İnternat tipli gimnaziyadavə Yevlax rayonu “P Aqro” MMC-nin Yevlax pambıq qəbulu məntəqəsində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayonu 317 saylı, Xəzər rayonu 332 və 340 saylı tam orta məktəblərində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz rayon Mərkəzi xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Saatlı rayon “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də, Biləsuvar rayon “OK OİL” Yanacaq doldurma məntəqəsində və Şirvan şəhər Mərkəzi Kitabxanasında, 2-ci ərazi   Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayonu 12 saylı Uşaq Poliklinikasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu