Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 27 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Armada” oteldə, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər 3 saylı və Yardımlı rayon Bürzümbül kənd tam orta məktəblərində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar şəhər 4 saylı və Göyçay rayon Ərəbcəbirli kənd tam orta məktəblərində, Mingəçevir şəhərində yerləşən Tibb Tədris kursunda, Yevlax şəhər 1 saylı Uşaq bağcası və  "Azərpambıq ASK" MMC-nin Tərtər filialında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayonunda yerləşən xüsusi qayğıya ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Araz Dilağarda kənd tam orta məktəbdə, Füzuli rayon Araz Zərgər kənd ümumi orta məktəbdə, Ağdam rayon Bənövşələr kənd Uşaq bağcasında, Bərdə şəhər 1 saylı Uşaq musiqi məktəbində, Bərdə şəhər 2 saylı Uşaq bağcasında, Beyləqan şəhər 2 saylı tam orta məktəbdə, Ağcabədi Təhsil Mərkəzində, Ağdam rayon Rzalar kənd Uşaq bağcasında, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qax şəhər 9 saylı Uşaq bağcasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Quba rayon Mərkəzi xəstəxanasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu