Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” baxış-müsabiqəsi keçirilib

27 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.

Yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin yanğın qarnizonları üzrə dislokasiya olunmuş Dövlət Yanğından Mühafizə qurumlarının 39 komandasından 263 yanğınsöndürən iştirak edib.  Müsabiqədə, həmçinin əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqədə birinci yerə Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi, ikinci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə  Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqənin qalibləri FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu