Geri

FHN-in Gəncə Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 sentyabr 2019-cu il tarixində, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli  özünüidarəetmə orqanların rəhbərlərinin iştirakı ilə “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi, mədəni sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərinin, digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsi” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirin keçirilməsində məqsəd, idarə, müəssisə və təşkilatların, müvafiq xidmətlərin, yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Dəyirmi masada iştirak edən müəssisə rəhbərləri ilə Gədəbəy rayonu ərazisində köçürülmənin planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edən normativ hüquqi sənədləri, fövqəladə hallar zamanı köçürmənin üsulları, sülh və müharibə dövrlərində əhalinin köçürülməsi zamanı davranış qaydaları, köçürmə tədbirlərinin təminatı, qərarların qəbul edilməsi barədə müzakirələr aparılıb, mövzulara aid əyani dərs vəsaitləri, videoçarxlar təqdim olunub.

Sonda tədbir iştirakçılarına əhalinin köçürülmə planlarının tərtibatı və məlumatların toplanması qaydaları barədə tövsiyyələr verilib.

Sonra rayonun Miskinli kəndinin əhalisi ilə görüş təşkil olunub. Görüşdə ilkin tibbi yardım qaydaları, təbii və texnogen mənşəli fovqəladə hallardan qorunma qaydları haqqında çıxışlar edilib, suallar cavablandırılıb.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. ...

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu H. Qaratel adına ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi  16 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 2 saylı tam orta məktəbdə, Göygöl şəhər 3 saylı tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Xaçmaz ...

Ardını oxu