Geri

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisinin nümayəndə heyəti ilə işçi görüş keçirilib

23-26 sentyabr 2019-cu il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələləri Koordinasiya Ofisinin (UN OCHA)  MDB ölkələri üzrə əlaqələndiricisi Roberto Kolancelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Bakı şəhərində keçiriləcək regional beynəlxalq təlimə hazırlıq üzrə işçi qrupun görüşü keçirilib. Görüşün məqsədi 3-8 noyabr 2019-cu il tarixlərində “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda Bakı şəhərində keçiriləcək regional beynəlxalq təlimə hazırlıq üzrə tədbirlərin müəyyən olunması,  bu sahədə qarşılıqlı fəaliyyətə dair məsələlərin müzakirəsindən ibarət olub. Nazirliyin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdiyi işçi görüşdə ekspertlər - Mati Raidma və Loftson Olafur öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb, təlimə hazırlıq və təlim zamanı fəaliyyətə dair tövsiyələrini diqqətə çatdırıblar. Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik-leytenant Ələsgər Əliyev beynəlxalq regional təlimin Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu, Nazirliyin əməkdaşlarının planlaşdırılan təlimdə iştirakının onların irimiqyaslı fəlakətlər zamanı fəaliyyət sahəsində təcrübələrinin daha da artırılmasında, həmçinin Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin idarə heyətinin beynəlxalq İNSARAG sinifləndirilməsinə hazırlanmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, təlimin hazırlanması və keçirilməsi ilə bağlı dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Tədbirin gedişində qurumların əməkdaşlarına təlimə hazırlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

FHN-in Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi polkovnik-leytenant Rəşad Qasımzadə təlimdə xarici ölkələrdən olan ekspertlərin və komandaların iştirak edəcəyini qeyd edərək, təlimin təcrübə mübadiləsi və əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradacağını bildirib.

Səfər çərçivəsində ekspertlər Nazirliyin Akademiyasının rəisi general-mayor Baba Salayev ilə  görüşüblər. Qonaqları salamlayan general-mayor Baba Salayev Akademiyanın fəaliyyəti və imkanları barədə qonaqlara məlumat verib, təlimin keçirilməsi üçün Akademiyada münbit şəraitin olduğunu diqqətə çatdırıb. Qonaqlar Akademiyanın ərazisi və maddi-texniki bazası ilə tanış olub, təlim zamanı auditoriya otaqlarından istifadə olunması və maddi-texniki təminat məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşün sonunda xatirə fotosu çəkdirilib.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. ...

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu H. Qaratel adına ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi  16 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 2 saylı tam orta məktəbdə, Göygöl şəhər 3 saylı tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Xaçmaz ...

Ardını oxu