Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Bulla-dəniz” yatağında yerləşən 6 sayli platformada yanğın təhlükəsizliyi tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti N.Nərimanov adina Neft-Qaz Çixarma İdarəsinin “Bulla-dəniz” yatağında yerləşən 6 sayli platformada yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı maarifləndirici tədbir keçirib.   

 “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda keçirilən nəzəri-praktiki seminarda müəssisənin əməkdaşlarına ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi normalarına uyğun aralıq məsafələr, binalar, su mənbələrinə və digər obyektlərə keçid yollarına dair tələblər barədə məlumat verilib. Habelə maddə və materialların, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması qaydaları barədə də söhbət aparılıb. Bundan əlavə, seminar iştirakçıları istehsalat müəssisələrində və inzibati  binalarda yanğın təhlükəsizliyi, həmçinin yanğına qarşı su təchizatına dair tələblər barədə məlumatlandırılıb. Həmçinin bildirilib ki, yanğın təhlükəsizliyinin təmin olunmasında ən vacib vəzifələrdən biri də müəssisələr tərəfindən mühəndis və texniki işçilərə yanğın təhlükəsizliyi tələblərinin öyrədilməsidir. Tədbirdə əməkdaşların yanğın təhlükəsizliyi barədə təlimatlandırılmasının zəruriliyi vurğulanıb, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkil olunması üçün müvafiq tövsiyələr verilib.  

Seminarda ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydaları haqqında ətraflı məlumat verilib, odsöndürənlərdən istifadə qaydası əyani şəkildə nümayiş etdirilib.  

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

13 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Badamdar“ otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Cəngi...

Ardını oxu

FHN-in regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Siyəzən rayonu Tuğay kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 13 noyabr 2019-cu il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu