Geri

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi, həmçinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İstitutunun əməkdaşları tərəfindən Gəncə Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin və Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri üçün kurslar keçirilib.

Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı xilasetmə alət və avadanlıqlarından düzgün istifadə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində xilasedicilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.

Kurslarda iştirak edən xilasedicilərə təcili xilasetmə dəstəsinin texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə mühüm aspektləri barədə mühazirələr oxunub, müvafiq videoçarxlar, fotoslaydlar  nümayiş olunub və “təcili xilasetmə dəstəsinin texniki təhlükəsizlik və əməyin mühafizəsi məsələləri üzrə mühüm aspektlər” adlı kitabı təqdim edilib.

Sonda xilasedicilərin mövzulara aid bilikləri yoxlanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Cəlilabad Tibb Kollecində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 18 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 36 saylı orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Qusar rayon Əmiq...

Ardını oxu