Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbindədə,  Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayonundakı Yalama kənd Körpələr evində və Qarabağ-Buduğ kənd ümumi orta məktəbində, Siyəzən şəhərindəki Azərpoçt MMC-nin Siyəzən filialında və Mədəniyyət evində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Ayartılı kənd tam orta məktəbində və Horadiz şəhər poliklinikasında, Bərdə rayon N.Nərimanov adına 3 nömrəli şəhər tam orta məktəbində və Gərənə kənd orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhərində Mərkəzləşdirilmiş Kitabxanada, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər 18 nömrəli uşaq baxçası və Göyçay rayon Potu kənd 110/35/10 kv-luq Göyçay yarımstansiyasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər 10 nömrəli və Saatlı rayonundakı Azadkənd kənd orta məktəblərində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Mərəzə şəhərindəki Təhsil şöbəsi və 1 nömrəli uşaq bağçasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda məruzələr edilib, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub. Eyni zamanda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

14 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi...

Ardını oxu