Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında maariflndirmə tədbiri keçirilib

20 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu bəlanın əsasən gənclər və arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi sözügedən problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, “ağ ölüm”ə qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmaqla faciənin qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər. Prezident İlham Əliyevin imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ((2007-2012-ci illər)”, eyni zamanda bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı” narkomaniyaya qarşı mübarizənin daim dövlət başçısı tərəfindən diqqətdə saxlanıldığını göstərir. Son proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşıyır. Məqsəd ölkə əhalisinin, o cümlədən gənc nəslin sağlamlığının qorunması üçün ciddi təhlükə olan narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsidir.

Tədbirdə Fövqəladə Hallar Hazirliyin Tibb Xidməti Nüalicə-Profilaktika İşinin Təşkili şöbəsinin rəisi  tibb xidməti polkovniki Pərviz Vəliyev Respublikada narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işcilərinin qarşısında duran vəzifələrdən bəhs edib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Cəlilabad Tibb Kollecində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 18 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 36 saylı orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Qusar rayon Əmiq...

Ardını oxu