Geri

“Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminar başa çatıb

18-19 sentyabr tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi (EUR-OPA), UNİCEF və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəlikləri ilə birgə keçirilən seminar başa çatıb. “Sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət risklərinin azaldılması tədbirlərinə daxil edilməsi” mövzusunda keçirilən seminarın əsas məqsədi beynəlxalq tərəfdaşları, dövlət qurumlarını, maraqlı tərəfləri, vətəndaş cəmiyyətinin və yerli QHT-lərin nümayəndələrini və fəlakətlər zamanı insan hüquqlarının müdafiəsi, təşviqi və sağlamlıq cəhətdən qüsurlu insanlara inklüziv yanaşma üzrə öncül təcrübələr sahəsində spesifik  biliyə malik ölkələrin ekspertlərini bir araya gətirmək olub.

Tədbirin ikinci günü respublikada sağlamlıq cəhətdən qüsurlu insanların fəlakətlərdən qorunması üçün hazırlanmış fəaliyyət planı müzakirə olunub. Bu istiqamətdə sağlamlıq cəhətdən qüsurlu insanlara dair statistik məlumatlara və monitorinq sisteminə malik bazanın yaradılması, yerli və beynəlxalq tərəfdaşların, tədqiqat istiqamətlərinin və pilot layihələrin müəyyən olunması kimi vacıb məqamlara toxunulub. Seminarın Azərbaycanda sağlamlıq cəhətdən qüsurlu insanların fəlakət riskinin azaldılması siyasətinə və praktikasına daxil edilməsi barədə tövsiyələr verilib.

Sonra tədbir iştirakçıları və qonaqların Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı xüsusi internat məktəbində risk qrupuna daxil olan uşaqlarla görüşü keçirilib. Balacalar qonaqlara əl işləri, kulinariya bacarıqları, incəsənət nümunələri və digər bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu