Geri

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində, Aran Regional Mərkəzi Kürdəmir rayon Qarabucaq kənd orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Şamaxı şəhər S.M. Qənizadə adına 1 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Toplantılarda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, Sel və daşqınlar zamanı davranış qaydaları”,“Od söndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş etdirilib. 

Sonda maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları paylanılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu