Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 sentyabr 2019-cu il tarixində “MKT İK” MMC-nin Zərdab pambıq qəbulu məntəqəsində, 2 saylı Yevlax şəhər bazarında, “Azərpambıq ASK” MMC-nin Goranboy Pambıq istehsalı və tədarükü məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı rayon Ərkivan kənd 1 saylı tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi İmişli şəhər Mərkəzi kitabxanada, Qaz İxracı İdarəsinin Hacıqabul Maqistral Qaz Kəmərləri Sahəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Horadiz şəhərində yerləşən Çörək bişirmə sexində, Ağdam rayon Böyükbəyli kənd sahə xəstəxanasında, Füzuli rayon Bala Bəhmənli kənd Uşaq bağcasında, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Abşeron rayon Məmmədli kənd və 188 saylı tam orta məktəblərində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayon Köhnə-Xaçmaz kənd tam orta məktəbdə, Qusar rayon Piral kənd xəstəxanası və Quba rayon 2-ci Nügədi kənd Bələdiyyəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu