Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 16 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Diamont Hotel Baku” otelində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran rayon Veravul kənd 2 saylı tam orta məktəbdə və Cəlilabad şəhər Olimpiya kompleksində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 313 saylı Körpələr evi-uşaq bağcasında, Sabunçu rayonu ərazisində yerləşən “Balaxanı Sənaye Parkı”nda, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy rayon 1 saylı tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Veyisli kənd Uşaq bağcasında, Göyçay şəhəri Şahmat məktəbində, Yevlax rayon Yuxarı Qarxun kənd Uşaq bağcasında, Mİngəçevir şəhər 7 saylı tam orta məktəbdə, Mİngəçevir şəhər Şahmat məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Zərdabi qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Xüsusi İnternat Məktəbində, Siyəzən şəhər 9 saylı Körpələr evi-uşaq bağcasında, Qusar rayon Həzrə kənd ərazisində yerləşən Seysmoloji stansiyada, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zaqatala rayon 4 saylı tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Füzuli rayon Mərkəzi Xəstəxanasında, 82 saylı Ağcabədi Seçki Dairəsinin  Dairə seçki komissiyasında və Füzuli rayon Zobucuq-1 qəsəbə Uşaq bağcasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın potensiallı ərazilərdə təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir

Respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə, yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 27 saylı Uşaq bağçasında, İctimai obyektlərə nəzarət sektoru Bakı şəhər “Rich Hotel” və “Ramada Hotel and Suites...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin.......

Ardını oxu