Geri

FHN-in Qarabağ Regional Mərkəzi kurslar keçirib

FHN-in Qarabağ Regional Mərkəzi 1-15 sentyabr 2019-cu il tarixlərində Mərkəzin xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə kurslar keçirib.

Kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Tədbirlərdə Qarabağ Regional Mərkəzinin, müvafiq rayonların təcili təxirəsalınmaz tibbi yardım stansiyalarının əməkdaşları iştirak ediblər.

Kurslarda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, mülki müdafiənin təbliğində müəllimlərin rolundan danışılıb, “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib. Tədbir iştirakçılarına fövqəladə hallar, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları barədə müfəssəl məlumatlar verilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

Kurslar zamanı odsöndürən balonlardan istifadə qaydaları barədə  məlumat verilərək əyani nümayiş etidirlib. 

Tədbirlərdə müxtəlif növ fövqəladə hallar zamanı düzgün davranış qaydaları, həmçinin mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunub.

Kursların keçirilməsi zamanı mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu