Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Astarada maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 12 sentyabr 2019-cu il tarixində maarifləndirmə tədbiri keçirib.

Astara rayonunun Qamışoba qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu