Geri

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı” na əsasən, 9-11 sentyabr tarixlərində “Hərbiləşdirilməmiş Mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında, “Sanitar manqa komandirlər” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış manqaların sanitar manqa  komandirləri iştrak edib. Kurslarda müəssisədə baş vermiş və ya  baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin, xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Sonda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu