Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 11 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Safran” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar şəhər 6 saylı tam orta məktəbdə, Mingəçevir şəhəri ərazisində yerləşən Ağdam rayon 142 nömrəli orta məktəbdə, Mingəçevir şəhər Baytarlıq İdarəsində, Tərtər rayon Azadqaraqoyunlu kənd ərazisində yerləşən “MKT IK”-nin pambıq qəbulu məntəqəsində, Zərdab şəhər 1 saylı Uşaq bağcasında, Yevlax şəhər 5 saylı Uşaq bağcasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə, Xudat şəhər 5 saylı ümumi orta məktəbdə, Qusar şəhərində yerləşən “OKİ” Tibb müalicəxanasında, Siyəzən rayon 5 saylı və Yeni-Kənd tam orta məktəblərdə, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 267 və 297 saylı tam orta məktəblərdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi İmişli şəhər 3 və 7 saylı tam orta məktəblərdə, Şirvan şəhər 5 saylı tam orta məktəbdə, Biləsuvar rayon Peşə liseyində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Bərdə şəhər Dəmir yolu stansiyasında, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində yerləşən 28 saylı və Qubadlı rayon Mərdanlı kənd tam orta məktəblərində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin, adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tovuz rayon Qovlar......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib

28 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə paytaxtın Nərimanov rayonu 57 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

27 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər......

Ardını oxu