Geri

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 11 sentyabr 2019-cu il tarixində Xızı rayon Statistika İdarəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib.

Tədbirin keçirilməsində məqsəd müəssisədə çalışan əməkdaşların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Xızı rayon Statistika İdarəsinin əməkdaşları iştirak edib.

Seminar-müşavirədə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub. 

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu