Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 10 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Empıre” otelində, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qazax şəhərində yerləşən “Qazax Konserv Zavodu” ASC-də, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhərində yerləşən “NKM medikal” klinikasında, Quba rayon İqriq kənd Tibb məntəqəsi və Şabran rayon Maliyyə İdarəsində, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün salınmış 4 saylı qəsəbədə yerləşən “Azərxalça” ASC-nin Cəbrayıl rayon filialında və Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Saatlı şəhər 4 saylı Körpələr evi-uşaq bağcasında və Sabirabad rayon Çöl-Beşdəli kəndində həmin kəndin sakinləri ilə, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Ağdaş şəhər 2 saylı Körpələr evi-uşaq bağcasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” mövzusunda məruzələr edilib, həmçinin sözügedən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının olmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 16 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Diamont Hotel Baku” otelində......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi kurslar keçirib

FHN-in Qarabağ Regional Mərkəzi 1-15 sentyabr 2019-cu il tarixlərində Mərkəzin xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə kurslar keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

13 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib....

Ardını oxu