Geri

FHN-in Qarabağ Regional Mərkəzi səhiyyə müəssisəsində “dəyirmi masa” keçirib

10 sentyabr 2019-cu il tarixində FHN-in Qarabağ Regional Mərkəzinin təşkilatçılığı, FHN-nin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Xocavənd rayonu Tuğ kənd Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir səhiyyə işçilərinə fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə işi ilə bağlı vərdiş və biliklərin aşılanmasına nail olmaq məqsədilə təşkil edilib.

Müəssisə kollektivinin iştirak etdiyi görüşdə FHN-in əməkdaşları “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın”,” Əyində geyim yanarkən davranış qaydaları”, “112” qaynar xətti”nə müraciət qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar edib, videoçarxlar nümayiş olunub və iştirakçılara təbliğat materialları paylanıb.

Sonra səhiyyə müəssisəsinin təxliyə planının müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tibb işçilərinin diqqətinə çatdırılıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu