Geri

FHN-in Bakı Regional Mərkəzi kurslar keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 3-5 sentyabr 2019-cu il tarixlərində Bakı şəhər ümumtəhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə 3 günlük kurslar keçirib.

Kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılmasın nail olmaqdır.

Tədbirlərdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğından Mühafizə və FHN Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları da iştirak ediblər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Nəzəri hissə çərçivəsində “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti”, “Civə dağılmaları zamanı davranış qaydaları” mövzularında çıxışlar edilib və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, nəqliyyat qəzaları, partlayışlar və digər fövqəladə hallarla bağlı ətraflı məlumatlar verilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilib..

Tədbirlərdə şərti zəlzələ həyəcanı elan edilib, zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub.Bundan əlavə odsöndürən balonlardan istifadə qaydaları barədə məlumat verilib, onların müəllimlər tərəfindən istifadəsi təşkil edilib.

Nəzəri hissə çərçivəsində mövzular üzrə verilmiş çoxsaylı suallar ətraflı cavablandırılıb.

Kurslarda müxtəlif növ fövqəladə hallar zamanı hərəkət qaydaları, eləcə də mülki müdafiənin təşkili ilə bağlı plakatlar nümayiş olunub.

Praktik hissədə məktəblərdə baş verməsi simulyasiya edilmiş yanğın zamanı tədbir iştirakçılarının təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib. Yanğın, mühəndis və kimya kəşfiyyatı aparıldıqdan sonra yanğının söndürülməsi nümayiş olunub.

Kurslarda tədbir iştirakçılarına Xüsusi təyinatlı avtomobillər və onların təchiz olunduğu spesifik alət və avadanlıqlar, eləcə də xəsarətalanlara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və  qanaxmalar zamanı iş üsulları nümayiş olunmuşdur.

5000-ə yaxın müəllimin cəlb edildiyi kursların keçirilməsi zamanı qarşıya qoyulmuş məqsədə nail olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 16 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Diamont Hotel Baku” otelində......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi kurslar keçirib

FHN-in Qarabağ Regional Mərkəzi 1-15 sentyabr 2019-cu il tarixlərində Mərkəzin xidməti ərazilərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan digər təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə kurslar keçirib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

13 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunun yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib....

Ardını oxu