Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 9 avqust 2019-cu il tarixində FHN-in həmin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Mədəniyyət Mərkəzinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın zamanı hərəkət qaydaları kimi mövzularda biliklərinin artırılması məqsədilə təşkil edilib.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın”, “Çimərlikdə təhlükəsizlik qaydaları” və “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in əməkdaşı Dünya Çempionatında uğur qazanıb

24-26 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva Şimali Kiprdə Kata idman növü üzrə 55-60 kq çəki dərəcəsində Dünya Çempionatında 1-ci yerə layiq görülüb. Həmçinin, İtaliyanın Milan şəhərində keçirilən K1 döyüş növü üzrə Dünya Çemrionatında uğurlu çıxış edərək çempionatın......

Ardını oxu

Dövlət Yanğından Mühafizə Hissəsində müəllim və şagirdləri ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində 18 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 noyabr 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu