Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti  Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə 9 avqust  2019-cu il tarixində Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə “Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, ”112” qaynar xətti”nə nə vaxt zəng etməli?” ,“Odsöndürənlərdən istifadə qaydası” adlı videoçarxlar nümayiş etdirilib, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyii” adlı yaddaş kitabçası rəhbərliyə təqdim olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi 20 avqust  2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu