Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 9 avqust 2019-cu il tarixində Samux şəhərində seminar-müşavirə keçirib.

Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini, icra nümayəndələri, bələdiyyə sədrləri, Kənd Təsərrüfatı İdarəsinin, pambıq tədarükü məntəqələrinin və digər aidiyyəti qurumların məsul şəxsləri, həmçinin sahibkarlar iştirak edib. "Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən regional seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də vurğulanıb.

Digər məlumatlar

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı Dünya Çempionatında uğur qazanıb

24-26 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva Şimali Kiprdə Kata idman növü üzrə 55-60 kq çəki dərəcəsində Dünya Çempionatında 1-ci yerə layiq görülüb. Həmçinin, İtaliyanın Milan şəhərində keçirilən K1 döyüş növü üzrə Dünya Çemrionatında uğurlu çıxış edərək çempionatın......

Ardını oxu

Dövlət Yanğından Mühafizə Hissəsində müəllim və şagirdləri ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində 18 noyabr 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu