Geri

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Şimal Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 5-7 avqust 2019-cu il tarixlərində "Mühəndis kəşfiyyatı manqa komandirləri" kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.

Kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumların əməkdaşları da tədris prosesində iştirak ediblər.

Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi 20 avqust  2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu