Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 7avqust 2019-cu il tarixində Salyan Dəmiryol Stansiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbir müəssisə kollektivinə fövqəladəhallar zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə təşkil edilib.

Mərkəzin əməkdaşları toplantıda təbii və texnogen mənşəli fövqəladə hadisələr, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti” və sair mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə mövzulara dair videoçarxlar nümayiş etdirilib, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi 20 avqust  2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 20 avqust 2019-cu il tarixində Gəncə şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri təşkil edib. ...

Ardını oxu

FHN Şimal-qərb Regional Mərkəzi “dəyirmi masa” təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 20 avqust 2019-cu il tarixində Qəbələ rayonunda fəaliyyət göstərən “Qəbələ” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin və “Qəbələ” qəzetinin əməkdaşları iştirak ediblər. ...

Ardını oxu