Geri

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 7 avqust 2019-cu il tarixində Xızı rayon İcra Hakimiyyətinin Altıağac qəsəbəsi üzrə nümayəndəliyində Altıağac qəsəbəsi üzrə yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak edib.

“Dəyirmi masa”da FHN-in Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılıb.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə  yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Xızı rayon Altıağac qəsəbəsi ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açıləb.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

“Dəyirmi masa”da Mərkəzin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylayıblar.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu