Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Cənub Regional Mərkəzi 30 avqust 2019-cu il tarixində Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.

Tədbir zamanı  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə, yanğın və texniki təhlükəsizlik, həmçinin çimərliklərdə təhlükəsizlik  qaydalarının tələblərinə düzgün riayət olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda, toplantıda dəm qazı təhlükəsinin yaranma səbəbləri barədə məlumat verilib, müvafiq  mövzularda fotoslaydlar və videoroliklər nümayiş olunub.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

Digər məlumatlar

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

14 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhərində yerləşən “Boutiqe İquana” otelində, Aran...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Kürdəmir rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki Müdafiə tədbirər planına əsasən Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayon hərbiləşdirilməmiş ərazi Mülki Müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi məşq keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində şahmat üzrə yarış keçirilib

12-13 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 2019-cu ilin Hazırlıq Planına əsasən idmanın müxtəlif növlərinin təbliğ olunması, şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkilində idman tədbirlərinin rolunun artırılması məqsədilə Mərkəzin əməkdaşları arasında şahmat üzrə yarış təşkil edilib. ...

Ardını oxu