Geri

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirib

28 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz Regional Mədəniyyət  İdarəsinin Siyəzən rayonu üzrə nümayəndəliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirib.

Tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik,  məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr edilib, müzakirələr aparılıb. 

Seminar-müşavirədə, həmçinin yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış, odsöndürücü balonlardan istifadə qaydaları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilib.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu